Bakı klublarından ikisini AFFA İntizam Komitəsi cərimələyib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az assosiasiyanın rəsmi saytına istinadən məlumat verir.
“Səbail” komandası "Neftçi" ilə matçın ikinci hissəsində meydana gec çıxdığı üçün AFFA İntizam Komitəsi onları 1500 manat cərimələyib.
Həmin oyunda komandanın 5 oyunçusunun sarı vərəqə ilə сərimələnməsinə görə 700 manat cərimə təyin olunub.
Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Meydana yad əşya atdığına görə o, 4 oyunluq cəzalanıb. Onlardan 2-si şərti olub. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.
"Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə klub 500 manat məbləğində cərimələnib.