Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində növbəti görüşünü keçirib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az xəbər verir.
Kanadanın Toronto şəhərində təşkil olunan yarışda 28 yaşlı qrosmeyster VII turda hindistanlı Vidit Santoş ilə qarşılaşıb. Tərəflər heç-heçəyə razılaşıblar.
Yeddi turdan sonra Yan Nepomnyaşi vahid liderdir. O, 4,5 xal toplayıb. Nicat Abasov isə 2 xalla sonuncudur.