Bakının futbol klubunun ev stadionu bəlli olub. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
I Liqanın iştirakçısı “Qaradağ Lökbatan” klubu rəqiblərini Bakı Olimpiya Stadionunun ehtiyat meydanında qəbul edəcək. Bu haqda Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bildirib.
I Liqa 13 sentyabr tarixində start götürəcək.