Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
FIDE-nin 100 illiyinə həsr edilən “Baku Open 2024” turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Festivalın mükafat fondu 50.000 ABŞ dollarıdır.
Festival 29 iyun tarixində start götürəcək və 7 iyul tarixinə qədər davam edəcək. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.
İştirakçıların yekun siyahısı 15 iyun tarixində müəyyənləşəcək.