“Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında keçirilən 36-cı dünya çempionatı yekunlaşıb. Azərbaycanlı yunan-Roma güləşçiləri 21 medalla turniri başa vurublar.
Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş medal qazanıblar.
15:15 - Paytaxtda bu gün 36-cı Dünya Çempionatı başa çatacaq
Bu gün, dekabrın 2-də paytaxtda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı Dünya Çempionatı başa çatacaq. Bu haqda Bakuplus.az Report-a istinadən xəbər verir.
“Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda Azərbaycanı təmsil edən beş yunan-Roma güləşçisi xalçanın üzərinə çıxacaq. Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar.
Çempionat boyunca Azərbaycan güləşçiləri artıq 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.