Huşunu itirən Azərbaycan karateçisi Bakıya göndərilir. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polşada keçirilən III Avropa Oyunlarında zədə alan və huşunu itirən Fəridə Əliyeva Bakıya göndəriləcək. O, hazırda tibbi müayinələrdən keçir.
"İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşdə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib”, - deyə Azərbaycan nümayəndə heyətinin press-attaşesi Qabil Mehdiyev açıqlama verib.
Fəridə Əliyeva 68+ kq çəki dərəcəsində mübarizə aparırdı.