“Səbail” FK “Qarabağ”a məğlub olub. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasında XIII tur çərçivəsində Azərsun Arenada “Qarabağ” - “Səbail” oyunu keçirilib.
Matç 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşıb. Toral Bayramov, Yassin Benzia və Olavio Juninyonun vurduqları qollara Bakı təmsilçisi Pedro Nunonun qolu ilə cavab verib.
“Səbail” bu nəticədən sonra turnir cədvəlində 4-cü yerə düşüb.