“Qarabağ” alman nəhəngini həyacan içində saxladı. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az xəbər verir.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Bayer” – “Qarabağ” qarşılaşmasının ikinci oyunu 3:2 hesabı ilə bitib.
Qarşılaşmada hesabı “köhlən atlılar” açıblar. Daha sonra isə onlar azlıqda qalmalarına baxmayaraq, rəqibin qapısına daha bir qol vurmağı bacarıblar. Almanlar 90+3 və 90+7-ci dəqiqələrdə say üstünlüyündən yararlanaraq, “Qarabağ”ın qapısından iki dəfə yol tapıblar.
2 oyunun nəticəsində 5:4 hesabı ilə qələbə qazanan “Bayer” mərhələni adlayıb.