Paytaxtda keçirilən oyun “Qarabağ” FK-nın qələbəsi ilə yekunlaşıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az xəbər verir.
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən oyunda
“Köhlən atlar” Tofiq Bəhramov adına Respublika Stadionunda “Linkoln” FK-nı 5:0 hesabı ilə məğlub edib.
Qolları 17, 31 və 44-cü dəqiqələrdə Olavio Juninyo, 66-cı dəqiqədə Yassin Benzia və 72-ci dəqiqədə Leandro Andrade vurublar.