“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı potensial rəqibi bəlli olub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan çempionu UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Onun rəqibi “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi olacaq.
“Qarabağ” ilk görüşünü 23-24 iyul, cavab matçını isə 30-31 iyul tarixlərində keçirəcək.