Bakıda “Qarabağ” FK - “Zirə” FK qarşılaşması keçiriləcək. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək matç "Azersun Arena"da baş tutacaq. “Qarabağ” turnir cədvəlində hazırda 77 xalla 1-ci yerdədir. “Zirə” isə 41 xalla 5-ci yerdə qərarlaşıb.
Biletləri İticket.az-dan əldə etmək mümkündür. Qiymətlər 5-20 AZN arası dəyişir. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.