Qarabağ Bakıda tarixə imza atıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az xəbər verir.
“Köhlən atlılar” UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar. Onlar qrup mərhələsinin son turuna İsveçin “Hakken” klubunu məğlub edərək 1/16 finala yüksəliblər. Klub tarixində ilk dəfə sözügedən turnirin pley-off mərhələsinə çatmağı bacarıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” FK 2:1 hesabı ilə qələbə qazanıb. Bununla da komanda qrup mərhələsini “Bayer Leverkuzen”dən sonra 2-ci pillədə bitirib.