"Qarabağ" klubunun futbolçusu millinin heyətdən çıxarılıb.
AFFA xəbər verir ki, Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb. Buna müdafiəçinin zədələnməsi səbəb olub.
Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli 8 sentyabr tarixində səfərdə Slovakiya ilə üz-üzə gələcək.