“Qarabağ”ın UEFA Çempionlar Liqasında növbəti ev oyununun vaxtı məlum olub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az xəbər verir.
“Köhlən atlılar” Polşa təmsilçisi olan “Rakuv”la avqustun 2-də, saat 20:00-da üz-üzə gələcəklər. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.
İlk oyun iyulun 26-da Çenstoxova şəhərində, “Częstochowa” stadionunda, Bakı vaxtı ilə 22:15 olacaq.