“Qarabağ” - “Neftçi” oyununda insident yaşanıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Azərbaycan Premyer Liqasının XXIV tur çərçivəsində keçirilmiş derbi matçında baş verib. Bərabərlik qolundan sonra “Neftçi”nin qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib. Bunu görən “Qarabağ”ın azarkeşləri, futbolçularla mübahisə etməyə başlayıblar və meydana məşəl atıblar.
“Qarabağ” - “Neftçi” oyunu 1:1 hesabı ilə yekunlaşıb.