“Qarabağ” və “Netfçi” futbol klubları cərimələnib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Professional Futbol Liqasına istinadən xəbər verir.
Premyer Liqanın VIII turundakı qarşılaşma zamanı oyunun 54-cü dəqiqəsində hər 2 klubun azarkeşləri təhqiramiz ifadələr işlətdiyi üçün klubların hər biri 4000 AZN cərimə olunub.
Bundan əlavə həmin turun digər oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.