“Qarabağ” – “Neftçi” matçının keçiriləcəyi stadion dəyişdirilib. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilməli olan "Qarabağ" – "Neftçi" oyununun məkanı dəyişib. Belə ki, oyun Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya keçirilib.
Matç 4 may saat 19:30-da start götürəcək.