"Qarabağ" "Olimpiakos"u 0:3 hesabı ilə məğlub edib. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az məlumat verir.
6 oktyabr tarixində Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Turnirdəki təmsilçimiz "Qarabağ" növbəti oyununa çıxıb. Ağdam klubu Yunanıstanın paytaxtı Afinada "Olimpiakos"un qonağı olub və 0:3 hesabı ilə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.
"Qarabağ" Ovusunun matçın 67-ci dəqiqəsində vurduğu qolla hesabı açıb.
Marko Veşoviç 81-ci dəqiqədə ikinci qol vurub, Ramil Şeydayev isə 85-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi üçə çatdırıb.