Futbol üzrə milli komandanın üzvü Bakıya qayıdır. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Sportinfo-ya istinadən xəbər verir.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir. "Neftçi" 28 yaşlı forvardla bütün detallarda razılıq əldə edib. Onun yaxın günlərdə "ağ-qaralar"ın düşərgəsinə qoşulacağı gözlənilir.
Ramil Şeydayev son mövsümü Türkiyənin "Kocaelispor" komandasında keçirib. O, karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo" (Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.