Bu gün Azərbaycan Premyer Liqasının XXXIII turuna yekun vurulacaq. Bu haqda 6 may tarixində Bakuplus.az xəbər verir.
Turun son matçında “Səbail” və “Qəbələ” qarşılaşacaq. Oyun "ASCO Arena"da reallaşacaq. Paytaxt klubu 32 oyundan sonra 42 xalla 6-cı, qonaqlar 17 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Oyun saat 19:00-da start götürəcək. Hakimlər Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə; hakim-inspektor Vüsal Əliyev; AFFA nümayəndəsi Namiq Əliyev olacaqlar.