“Səbail” FK daha bir legioneri ilə vidalaşıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Ukraynalı futbolçu Maksim Çex komandadan ayrıldı. O, məxsus olduğu "Şaxtyor" (Donetsk) komandasına geri döndü. “Dənizçilər” onu icarəyə götürmüşdü.
"Səbail" daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.