“Səbail” keçirilən ev oyununu soyqırımına həsr edib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan Premyer Liqasının XXVIII turunda "Turan Tovuz"a qarşı keçirdiyi ev oyununu Bakı klubu 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edib.
Cari mövsüm “dənizçilər” keçirdikləri ev oyunlarını ölkə tarixi, görkəmli şəxsiyyətlər, mədəniyyət və incəsənətlə bağlı əlamətdar günlər, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr edir.
"Səbail" – "Turan Tovuz" qarşılaşması bu gün keçirilir.