“Səbail” futbol klubunun oyunçusu əməliyyat olunub. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubunun 26 yaşlı futbolçusu Cabir Əmirli Türkiyədə menisk əməliyyatı keçirib. O, 2 ay yaşıl meydanlardan uzaq olacaq. Futbolçunun qış təlim-məşq toplanışında kollektivə qoşulacağı gözlənilir.
Cabir Əmirli cari mövsümün ilk dövrəsində 9 oyunun hamısında iştirak edib.