“Səbail” FK-nın rəsmiləri Xaçmazda uşaqlarla görüşüblər. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
“Səbail” FK-nın rəsmiləri uşaq futbolunun Xaçmaz rayonunun Ləcət kəndindəki xüsusi bölməsinə baş çəkiblər. Klubun akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları təqdim olunub.
Mövsüm ərzində “Səbail”in ölkənin digər bölgələrində də bölmələrinin açılması planlaşdırılır.