“Səbail” FK həyətinə yeni futbolçu qatıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Dənizçilər” 24 yaşlı Ayman Bouali ilə 1 illik müqavilə imzalayıblar. O, 21 nömrəli forma ilə çıxış edəcək.
Ayman Boualinin son klubu Türkiyə I Liqasında çıxış edən "Ümraniyespor" olub.