“Səbail” FK məşqləri bərpa edib. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
“Səbail” komandası Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib. Komanda bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.
“Dənizçilər” 5 yanvar tarixində Türkiyənin Antalya şəhərinə yollanacaq. Türkiyədə paytaxt təmsilçiləri Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” və Rusiya Premyer Liqa klubu “Fakel” ilə qarşılaşacaqlar.
Oyunlar 12 və 15 yanvar tarixlərində baş tutacaq.