“Səbail” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Səbail" klubu futbolçusu Cabir Əmirli ilə yeni müqavilə imzalayıb. 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək. Cabir 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.