“Səbail” klubu heyətinə yeni futbolçu qatıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxt təmsilçisi “Turan Tovuz"da çıxış edən Fərid Nəbiyevlə müqavilə imzalayıb. O, karyerasında “Slaviya" (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya" (Jijkov, Çexiya) və “Kəpəz” klublarının formasını geyinib.
Bu, "Səbail"in yeni mövsüm üçün ilk transferidir.