“Səbail” Klubu heyətdə dəyişikliklər etməyə davam edir. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yarımmüdafiəçi Bahadur Həziyevin icarə müqaviləsinin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.
Həmçinin "dənizçilər" müdafiəçi Vüsal Məsimovu heyətinə qatıblar. "Kəpəz"dən ayrılan futbolçu ilə 1 illik müqavilə bağlanıb.