“Səbail” - “Tovuz” matçında insident baş verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Oyun zaman “dənizçilər”in kapitanı Ağabala Ramazanov huşunu itirib. Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Futbolçu Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən matçda “Səbail” 2:1 hesabı ilə “Turan Tovuz”u məğlub edib.
[caption id="attachment_118711" align="alignnone" width="640"]
Foto Report.az[/caption]