“Səbail” klubunun oyunçusu Süleyman Əhmədova əməliyyat edilib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Əhmədov Premyer Liqanın XV turunda keçirilən oyundan qabaq olan məşqlərdə zədə almışdı. O, bu gün İstanbulda tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat olunub.
Verilən məlumata görə, yarımmüdafiəçinin 2 aydan sonra meydana qayıdacağı gözlənilir.