“Qarabağ” klubu “Səbail”lə oyunda AFFA tərəfindən cərimələnib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Futbol Federasiyasına istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” – “Qarabağ” (1:2) oyununda “ağdamlılar” 4 sarı və 1 qırmızı vərəqəyə görə ümumilikdə 1200 AZN məbləğində cərimələniblər.
4 sarı vərəqəyə görə 700, 1 qırmızı vərəqəyə görə 500 AZN məbləğində cərimə tətbiq olunub.