“Səbail” heyətinə yeni futbolçu qatıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
“Dənizçilər” 30 yaşlı Amir Bilali ilə 1 illik müqavilə imzalayıb. O, 44 nömrəli forma ilə çıxış edəcək. Bilali mərkəz müdafiəçisi mövqeyində oynayır.
Amir Bilali son mövsümü Şimali Makedoniyanın “Qostivar” klubunda keçirib.