“Səbail”in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda 31 yaşlı müdafiəçi görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alıb. Bu səbəbdən o, AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.
“Səbail” isə 3000 AZN məbləğində cərimələnib.