“Səbail” klubu futbolçusu ilə yollarını ayırıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı təmsilçisi kapitan Ağabala Ramazanovla yollarını ayırıb. 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
A.Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illərdə “dənizçilər”in formasını geyinib. Ümumilikdə 80 oyuna çıxan futbolçu 20 qol vurub, 8 məhsuldar ötürmə edib.