Azərbaycanın “Sabah” klubu bilet satışından əldə olunan gəlirin bir hissəsini Qarabağın bərpası üçün bağışlayacaq. Bu haqda bu gün, 19 iyun tarixində klubun mətbuat xidmətinə istinadən məlumat veririk.
Konfrans Liqası çərçivəsində ev oyunlarına bilet satışından əldə olunan gəlirin bir hissəsi Qarabağ Dirçəliş Fonduna köçürüləcək. O cümlədən satılan hər biletdən 1 manat fonda bağışlanacaq.
“Sabah” UEFA Konfrans Liqası tarixində ilk dəfə iştirak edəcək. Futbol klubu mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu turun püşkatma mərasimi iyunun 21-də keçiriləcək. İdmançılar ilk oyunlarını iyulun 27-də, cavab görüşünü isə avqustun 3-də keçirəcəklər.