Sabah, dekabrın 16-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyi keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az məlumat verir.
Yarışda 7 idman klubu mübarizə aparacaq. Tədbir saat 12:00-da başlayır.
Paytaxt birinciliyində kişilər, qadınlar və uşaqlar müxtəlif yaş qrupları və müxtəlif idman proqramlarında iştirak edəcəklər.
Tədbirə giriş sərbəstdir.