Abşeron Olimpiya İdman Kompleksində 16-17 iyul tarixlərində kişilər arasında keçirilən sambo üzrə ölkə kuboku yarışında Bakı idmançıları yüksək nəticələr göstəriblər. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az məlumat verir.
SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunan yarışın yekun nəticələrinə görə, Elvin Bağırov (64 kq) 1-ci yeri, Mirfəttah Seyidəliyev (66 kq) 2-ci yeri, Kamran Hacıyev (66 kq) isə 3-cü yeri tutublar.
Yarışda respublikanın 30 şəhər və rayonundan 200-ə yaxın idmançı iştirak edib.