Məşhur Türkiyəli futbol mütəxəssisi Bakıya gəlir. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az jurnalist Levent Ümit Etola istinadən xəbər verir.
Sergen Yalçın bu gün Bakıya yola düşüb. Onun “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəflə görüşəcəyi bildirilir. Mütəxəssisin “Neftçi” klubunun yeni baş məşqçisi olacağı ehtimal olunur.
Sergen Yalçın “Qalatasaray” və “Fənərbaxça” kimi klublarda oynayıb, eləcə də Türkiyə millisində çıxış edib. O, həmçinin “Beşiktaş” klubunun baş məşqçisi olub.