“Spartak” - “Neftçi” qarşılaşmasının vaxtı bəlli olub. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Moskva təmsilçisinə istinadən xəbər verir.
Rusiya və Azərbaycan paytaxtlarının təmsilçiləri arasında oyun 18 iyul Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yoldaşlıq oyunu Rusiya Federasiyasının paytaxtı Moskvada baş tutacaq. Matç “Otkrıtiye Bank Arena”da keçiriləcək.