Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib. Bu haqda 9 iyun tarixində Bakuplus.az Suraxanı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Bu gün 327 nömrəli tam orta məktəbin futbol meydançasında 44 günlük Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş 2009-2010-cu il və 2011-2012-ci il təvəllüdlü məktəblilər arasında mini-futbol üzrə "Zəfər Kuboku"nun yarım final mərhələsi keçirilib.
Finalda mübarizə aparacaq komandalar müəyyənləşib:
[URIS id=47956]