Bu gün, 3 iyun tarixində taekvondo yarışında 2 təmsilçimiz çıxış edəcək. Bu haqda Bakuplus.az Report-a istinadən xəbər verir.
Eltac Qafarov 74 kq çəki dərəcəsində 1/32 finalda çıxış edəcək. O, Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.
Qadınlar yarışında isə Fatimə Məcidova 62 kq çəki dərəcəsində 1/16 finalda mübarizə aparacaq. İdmançı Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionat 4 iyun tarixində başa çatacaq.