Bu gün Taekvondo üzrə Dünya Çempionatına start verilir. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az federasiyaya istinadən xəbər verir.
“Baku Crystal Hall”da təşkil olunacaq yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparacaq. Ölkəmiz adından 13 idmançı yarışda çıxış edəcək.
“Öz gücünü alovlandır” şüarı altında keçiriləcək çempionat Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yarışa ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq gələcək. Bununla bağlı Bakıda müxtəlif tədbirlər keçiriləcək.
Tədbir 4 iyun tarixinə qədər davam edəcək.