Bu gün Teymur Rəcəbov ABŞ şahmatçısı ilə görüşəcək. Bu haqda 25 iyun tarixində Report məlumat verib.
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq və ağ fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bundan əvvəlki oyunlarında Teymur Rəcəbov Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. Hazırda o, Liren və Duda ilə birlikdə hərəyə 2,5 xalla 5-7-ci yerləri bölüşdürür.