Teymur Rəcəbov çinli şahmatçını məğlub edib. Bu haqda 2 iyul tarixində Report məlumat verib.
Teymur Rəcəbov Madriddə təşkil olunan İddiaçılar Turnirinin XII turunda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib. 35 yaşlı qrosmeyster 26-cı gedişdə rəqibini məğlub edib. Beləliklə Rəcəbov xallarının sayını 6-ya çatdırıb.
O, hazırda 4-cü pillədə qərarlaşıb.