Qrosmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında milli komandanın heyətində iştirak etməkdən imtina edib. Bu barədə bu gün, 21 iyul tarixində onun komanda yoldaşı Vasif Durarbəyli öz Facebook səhifəsində məlumat verib.
Durarbəyli Rəcəbovu bu hərəkətinə görə qınayıb: “Komanda yoldaşı ilə problem olmasın deyə uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən bəs Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik”.
Hazırda Olimpiadada Rəcəbovu əvəz edəcək şahmatçı artıq bəllidir. 35 yaşlı qrosmeysteri Hindistana kapitan kimi getməli olan Nicat Abasov əvəz edəcək. Onunla birlikdə komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli çıxış edəcəklər.
[caption id="attachment_53473" align="alignnone" width="800"]
Foto Vasif Durarbəylinin Facebook səhifəsi[/caption]