Azərbaycanın daha bir hakimi UEFA-nın oyununa təyinat alıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı Elçin Məsiyev İsrailin "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" futbol klubları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri olacaqlar, 4-cü hakim vəzifəsini isə Fərid Hacıyev yerinə yetirəcək.
Matç UEFA Konfrans Liqası çərçivəsində 3 noyabr Bakı vaxtı ilə saat 00:00-da İsraildə baş tutacaq.