Voleybol üzrə Azərbaycan Çempionatının növbəti oyunları açıqlanıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir.
Yüksək Liqada kişilər arasında 3-cü yer uğrunda MOİK – “Neftçi” oyunu 20 aprel tarixində saat 15:00-da baş tutacaq. Qadınlar arasında isə “Gəncə” – “Murov Az Terminal” qarşılaşması olacaq.
Tədbir Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Giriş sərbəstdir.