Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.
Azərbaycan Boks Federasiyasından məlumat verilib ki, açılışda federasiyanın baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyev və Nazim Mehdiyev, həmçinin digər şəxslər iştirak ediblər.
Qonaqlar yeni yaradılan şəraitlə tanış olub və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
Nağı Səfərov idmançılarla söhbət edib və onların vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Məşqçilər Vüqar Zalıyev və Nazim Mehdiyev Beynəlxalq Boks Assosiasiyasının 1 ulduz dərəcəsini yeni əldə ediblər.