Gənclər və İdman Nazirliyi paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində “idman zonası”nı istifadəyə verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az məlumat verir.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman səfirləri - voleybolçu Aynur İmanova, gimnast Aliyə Paşayeva, futbolçu Maksim Medvedev, eləcə də İslam Həmrəyliyi Oyunlarının qalibi, basketbolçu Zaur Paşayev iştirak ediblər.
“İdman zonası”nda basketbol, minifutbol, stolüstü tennis, şahmat, fitnes və digər idman növləri üçün şərait yaradılıb.
Nazir qeyd edib ki, layihə davam etdiriləcək: “Bir il ərzində digər şəhər və rayonlarda da belə zonaların açılmasını planlaşdırırıq”.